Rusiya Ayda iki rəsədxana inşa edəcək

Texnologiya 29 Noyabr 2018 21:10 Oxunub 1156
Rusiya Ayda iki rəsədxana inşa edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu raketlərin əsas tapşırığı kosmonavtları Aya aparmaq olacaq

Rusiya Elmlər Akademiyasının kosmos üzrə Şurasının sədr müavini Lev Zelenıy yeni açıqlama verib. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, açıqlamaya əsasən, alimlər Ayın tədqiqi və mənimsənilməsi konsepsiyası çərçivəsində iki astronomik rəsədxana inşa edilməsini təklif ediblər. “Bu gün iki rəsədxananın inşası təklif edilib. Onlardan biri radio astronomiya digəri isə kosmik şüalar üzrə olmalıdır”, - deyə Lev bildirib. Bunun üçün isə bir neçə mərhələ həyata keçirilməlidi: avtomatik stansiyalar vasitəsilə tədqiqat, pilotsuz uçuşlar və bundan sonra isə elmi infrastrukturun yaradılması. Alimlər Ayın tam tədqiqini də müzakirə ediblər. Konsepsiya “Ay-25”, “Ay-26” və “Ay-27” aparatları ilə başlayacaq və bu ilk addımdır. Aparatlar ərazidə kəşfiyyat işi aparır, elmi məsələləri həll edir və növbəti addımlar üçün zəmin hazırlayacaq. Zelenıy qeyd edib ki, növbəti addım ağır raketlərin köməyi ilə Aya səfər olacaq. Bu raketlərin əsas tapşırığı kosmonavtları Aya aparmaq olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh