Bakıda sərxoş qadın yol polislərinə hücum çəkdi - FOTO

Yol polisi 14 Fevral 2015 14:16 Oxunub 3595
Bakıda sərxoş qadın yol polislərinə hücum çəkdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş vəziyyətdə olan qadın sürücü yol polislərinə tabe olmayıb

Bakıda sərxoş vəziyyətdə olan qadın sürücü yol polislərinə tabe olmayıb. Avtosfer.az-ın “report”a istinadən verdiyi məlumata görə, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb. Belə ki, yol polisləri tərəfindən qayda pozduğü üçün saxlanılan «KIA» markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib. Sürücü, həm də onları söyüş söyməklə təhqir edib. M.K. hadisə yerinə çağrılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb. Sürücünün qayda pozuntuları barədə protokol tərtib olunandan sonra etdiyi hərəkətlərə də hüquqi qiymət veriləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh