Nazir maşını sürətlə sürdü, cərimələndi

Yol polisi 14 Fevral 2015 14:33 Oxunub 3263
Nazir maşını sürətlə sürdü, cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
XİN rəhbəri maşınını texniki baxışdan da keçirməyib

Xarici işlər naziri yol qaydalarını pozduğu üçün cərimələnib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, Finlandiyanın xarici siyasət idarəsinin rəhbəri Erkki Tuomiya texniki baxışdan keçməyən maşınla sürət həddini aşıb. İndi 9 günlük əmək haqqı dəyərində cərimə ödəyəcək. Məlumata görə, nazir saatda 40 km sürət hədi olan yolda sürət həddini keçib. Tuomiya saatda 49 km sürətlə maşın sürüb. Bundan əlavə onun maşını hələ ötən il may ayına kimi texniki baxışdan keçməli idi. Onun sözlərinə görə, maşını servisə verib. Lakin texniki baxışdan keçməməsi haqqında ona məlumat verilməyib. "Bu əlbətdə ki, mənim günahımdır. Texniki baxış sənədlərini yoxlamamışam. Amma ola bilər. Polis maşınlar ilə də belə hal olur". 

Nazirin ödəcəyi cərimənin dəqiq məbləği isə açıqlanmır. 

Xatırladaq ki, Erkki Tuomioya 2011-ci ildən Finlandiyanın xarici işlər naziridir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh