Cinayət qurbanlarının xatirəsinə: 100 min bıçaqdan heykəl hazırlandı - FOTO

Maraqlı 30 Noyabr 2018 22:08 Oxunub 1180
Cinayət qurbanlarının xatirəsinə: 100 min bıçaqdan heykəl hazırlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Milad Bayramı günündə "Bıçaq mələyi" adlı abidənin açılışı olacaq

Dekabrın 25-də, Milad Bayramı günündə İngiltərənin Liverpul şəhərində "Bıçaq mələyi" ("Knife Angel") adlı abidənin açılışı olacaq. Avtosfer.az milli.az-a istinadən bildirir ki, 8,22 metr hündürlükdəki heykəl şəhər polisinin müxtəlif əməliyyatlar zamanı müsadirə etdiyi 100 min bıçaq tiyəsindən hazırlanıb. Heykəl iki il əvvəl Şorpşirdəki Britaniya Metal Konstruksiyalar Mərkəzində (British Ironworks Centre), heykəltaraş Alfi Bredli tərəfindən hazırlanmağa başlanmışdı. Şəhər mərkəzində ucaldılmış abidə küçələrdə bıçaqlı hücumlarla müşayiət olunmuş cinayətlərin qurbanlarının xatirəsinə ithafdır. Bu abidənin məhz Liverpulun mərkəzində ucaldılması ilə bağlı aparılmış genişmiqyaslı kampaniyanın təşəbbüskuarı isə Liverpul Kral Xəstəxanasının (Royal Liverpool Hospital) təxirəsalınmaz yardım bölməsində tibb bacısı işləyən Rob Ceksondur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh