Bu avtobusun sürücüsü insanların həyatını belə təhlükəyə atır - VİDEO

Avtosfer TV 30 Noyabr 2018 20:43 Oxunub 1229
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus sürücüləri hələ də məsələnin ciddiliyini dərk etməyib.

Hər gün dəfələrlə ictimai nəqliyyatdakı problemlərdən danışılsa da, KİV vasitələrində məqalələr dərc olunsa da,sosial şəbəkələrdə qayda pozan avtobus sürücülərinin videosu paylaşılsa da görünən odur ki, bəzi daşıyıcı şirkətlər, səlahiyyətli nümayəndələr, avtobus sürücüləri hələ də məsələnin ciddiliyini dərk etməyib.

Əks halda məqalənin sonunda təqdim edəcəyimiz videogörüntü bizə göndərilməzdi. Belə ki,30.11.2018 tarixində,17:57 radələrində,Binəqədi rayonu ərazisində, Azadlıq prospektində 165 saylı marşurut xətti üzrə sərnişin daşıma ilə məşğul olan 10 TG 833 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü içi tam dolu sərnişin olan avtobusla tam olaraq hərəkət axınının əksinə hərəkət edib. Bu açıq aşkar həm daşıdığı sərnişinlərin, həm də yoluna çıxdığı sürücülərin həyatına təhlükədir. Videogörüntünü göndərən vətəndaş bildirir ki, əgər avtobusdakı sərnişinlərin narahatçılığını və daha böyük təhlükə yarana biləcəyini nəzərə almasa idi avtobus sürücüsünü axıra qədər geri sürməyə məcbur edəcəkdi.

Ümid edirik ki,bu sürücü və daşıyıcı şirkət  barəsində digər sürücülərə və daşıyıcı şirkətlərə ibrət ola biləcək bir tədbir görülüb bu barədə rəsmi məlumat veriləcək.


Avtosfer.az görüntüləri təqdim edir.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh