Xaçmazda "TIR" niyə aşıb? - Anban görüntü

Avtosfer TV 1 Dekabr 2018 10:33 Oxunub 1741
Xaçmazda "TIR" niyə aşıb? - Anban görüntü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürət həddi yüksək olub

Bakı-Quba-Rusiya sərhədi yolunun Xaçmaz rayonundan keçən hissəsində baş verən dəhşətli qəzanın anbaan görüntüləri yayılıb. Avtosfer.az-ın məlumatına görə, görüntülərdə yüklə dolu ağırtonnajlı avtomobilin qəza törətməsi əks olunub. Dünən saat 07:40 radələrində sürücü yük maşını ilə Rusiya Federasiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə uzunluğu 10 metrə yaxın olan yük avtomobili Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində aşıb. Nəticədə meyvə ilə yüklənmiş yük avtomobili aşıb. Rusiya vətəndaşı olan sürücü isə yüngül bədən xəsarətləri alıb. Yük maşınına ciddi ziyan dəyib. Məlumata görə, yük maşınında meyvələr daşınırmış. Faktla bağlı araşdırma aparılır.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü sükanda nasazlıq olduğunu, və idarəetməni də məhz bu səbəbdən itirdiyini deyib. Amma görüntülərdən də aydın olur ki, sürət həddi yüksək olub. Videonu təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh