Marsda parlayan naməlum cism tapılıb - FOTO

Maraqlı 1 Dekabr 2018 13:03 Oxunub 1031
Marsda parlayan naməlum cism tapılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Planlaşdırma qrupu güman edir ki, bu, meteorit ola bilər”

Marsda özü yeriyən "Curiosity" aparatı Qırmızı planetin səthində parıldayan külçəyə bənzər qeyri-adi cism aşkar edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə NASA saytının "Curiosity"nin missiyasına həsr olunmuş bloqunda məlumat yerləşdirilib. "Little Colonsay" adlandırılan naməlum obyektə əvvəllər marsdayeriyənin kamerası ilə çəkilən şəkillərdən birində rast gəlinib. "Bizim daha çox öyrənmək istədiyimiz nümunə "Little Colonsay"dır. Planlaşdırma qrupu güman edir ki, bu, meteorit ola bilər, çünki o, çox parlaqdır", - deyə doktor Süzanna Şvenser bildirib. Lakin, o əlavə edib ki, yad cismin səthi aldadıcı ola bilər, ona görə də onun mənşəyini öyrənmək üçün kimyəvi analiz lazımdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh