İlk sualtı yüksək sürətli qatar layihəsi – VİDEO

Texnologiya 1 Dekabr 2018 23:01 Oxunub 2498
İlk sualtı yüksək sürətli qatar layihəsi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
4,5 saatlıq yol 80 dəqiqəyə qət olunacaq

Çin ilk sualtı yüksək sürətli qatar layihəsini həyata keçirməyə hazırlaşır. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Çin, Zhejiang əyalətinin şimal-şərqindəki Ningbo liman şəhərini, Çoushan şəhərinin şərq sahillərinə birləşdirmək üçün ilk sualtı yüksək sürətli qatar layihəsini təsdiqləyib. Yong-Zhou Dəmir Yolu Layihəsinin bir hissəsi olacaq sualtı tunel, turizimin inkişafını və eyni zamanda adalarla şəhər arasındakı sosial-iqtisadi  əlaqələri intensivləşdirəcək. 77 kilometr uzunluqda olan dəmir yol layihəsinin 16.2 kilometri sualtı hissədən ibarət olacaq. Çindəki mövcud yüksək sürətli qatar şəbəkəsinə qoşulan yeni marşrut, Zhejiang əyalətinin paytaxtı olan Hangzhou və Zhoushan arasında məsafəni 80 dəqiqəyə endirəcək. Hazırda eyni marşrutu avtobusla 4,5, şəxsi avtomobillə 2,5 saata getmək olur. 

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh