Mühəndislərdən 25 tonluq mobil məscid – FOTO + VİDEO

Texnologiya 1 Dekabr 2018 20:28 Oxunub 1395
Mühəndislərdən 25 tonluq mobil məscid – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məscid uzaqdan pultla qurulur, divarları sağa, sola açılaraq istifadə olunur

Yapon mühəndisləri yük avtomobilindən 48 kvadratmetrlik mobil məscid hazırlayıblar. Avtosfer.az Xarici mətbuata istinadən xəbər verir ki, eyni anda 50 nəfərin ibadəti üçün nəzərdə tutulan məscid ilkin olaraq 2020-ci il Tokio Olimpiadasına qatılacaq müsəlman idmançılarının ibadət ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutlub.

“Japon Yasu Project” şirkəti tərəfindən hazırlanan 25 tonluq mobil məscid Tokionun 40 kilometr yaxınlığında yerləşən Chiba şəhərində istifadə olunmağa başlanılıb. Məscid uzaqdan pultla qurulur, divarları sağa, sola açılaraq istifadə olunur. Məscidin xaricində 4 nəfərin dəstəmaz alacağı bir mexanizm də var. Artıq mobil məscidə dünyanın 45 ölkəsindən satın alma tələbi gəldiyi də bildirilir. Yapon istehsalı olan mobil məscid 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Kubokunda da istifadə ediləcək.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh