Bakıda daha bir “qoçu” sürücü – 20 Yanvarda tıxacı belələri yaradır - VİDEO
Oxucu məktubları 2 Dekabr 2018 00:42 1096 dəfə oxunub
Bakıda daha bir “qoçu” sürücü – 20 Yanvarda tıxacı belələri yaradır - VİDEO
Həm qayda pozur, həm də özünü elə aparır ki, guya hamı ona yol verməyə borcludur

Bakıda özünü “qoçu” hesab edən daha bir sürücü kameralara düşüb. Hadisə 26 noyabr 2018-ci ildə səhər saat 09:30 radələrində baş verib. Sürücü mədəniyyətsizliyi göstərən “qoçu”nun hədəf seçdiyi şəxs isə jurnalist həmkarlarımızdan biri olub. Belə ki, jurnalist Beynəlxalq Avtomobil istiqamətindən gələrək 20 Yanvar dairəsindən dönüb Dərnəgül yoluna çıxmaq istəyib. Bu zaman Mətbuat prospekti istiqamətindən gələn “Hyundai Tukson” markalı avtomobil yol hərəkəti qaydalarını -  dairədə hərəkət üstünlüyünü açıq-aşkar və qəsdən pozaraq  Moskva prospekti ilə gələn və hərəkət üstünlüyü olan avtomobillərin qarşısını kəsib. Həmkarımız hadisəni belə nəql etdi: “Mən 20 yanvar dairəsinə Dərnəgül yoluna doğru daxil olmaq istəyərkən Mətbuat prospektindən gələn 90 OZ 857 dövlət qeydiyyat nişanlı, “Hyundai Tukson”un sürücüsü  faktiki olaraq qəza şəraiti yaradaraq, dairədə hərəkət üstünlüyü olan avtomobilləri gözləməyərək hərəkətini davam etdirdi. Bu zaman sürəti tam azaldıb ona yol verdim ki, keçib getsin, bəlkə naşı sürücüdür. Amma həmin sürücü dairəyə girib, təşəkkür edib getmək əvəzinə hansısa səbəbdən hərəkətini mənim avtomobilimin qarşısında dayandırdı. Bu zaman onun qarşısı tamamilə boş idi. İşarə etdim ki, qarşı tam boşdur, qalmışıq yolun ortasında, sürsün getsin, tıxac yaratmasın. Lakin həmin sürücü özünü sanki bu yolun yiyəsi kimi apararaq, aynanı endirib “sürmürəm” deyib hərəkətiniqəsdən tam dayandırmaqda davam etdi. Maşınımdakı kameranın “qoçuluq” edən sürücünün hərəkətlərini daha yaxşı çəkməsi üçün cihazın istiqamətini onatərəfə yönəltdikdən sonra isə o, hərəkətini davam etdirdi. Bunadək artıq orada hərəkəti tam saxlayıb tıxac yaranmasına səbəb olmuşdu. Bu şəxsin müvafiq qaydada cəzalandırılması lazımdır ki, bir daha cəmiyyətə belə açıq hörmətsizliklər göstərməsin, hərəkəti iflic etməsin”.

 

Orxan Əli

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh