Qəzada xəsarət alan qadın xəstəxanada ölüb - Gəncədə
Qəzalar 2 Dekabr 2018 02:22 1023 dəfə oxunub
Qəzada xəsarət alan qadın xəstəxanada ölüb - Gəncədə
Göstərilən tibbi yardıma baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb

Gəncədə avtomobil qəzasında xəsarət alan qadın yerləşdirildiyi xəstəxanada ölüb. Şəhərin Şah İsmayıl Xətai prospektində hərəkətdə olan “BMW”, “Mercedes” və iki “VAZ” markalı avtomobillər toqquşub. Qəza zamanı Gəncə sakini, 1957-ci il təvəllüdlü Süleymanova Solmaz Cəfər qızı ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib. Lakin göstərilən tibbi yardıma baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

“Report”

ŞƏRH YAZ
Ad
E-mail
Şərh