“Lotu Quli” Bakıya gətirilib - Ev dustağıdır
Gündəm 2 Dekabr 2018 02:35 2190 dəfə oxunub
“Lotu Quli” Bakıya gətirilib - Ev dustağıdır
Ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib

Ölkədə və ondan kınarda “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıdadır. Avtosfer.az xəbər verir ki, bu barədə Musavat.com-un əməkdaşına onun yaxın dostlarından biri danışıb. Müsahibin bildirdiyinə görə, N.Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib. Verilən xəbərə görə, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda “Quli” ev dustağı şəraitində saxlanılır.

Qeyd edək ki, N.Səlifov Azərbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra ötən ilin oktyabr ayında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşib. Ancaq iki aydan artıqdır ki, Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi, Türkiyə isə bu “göstərişi” yerinə yetirmək istəmirdi. Belə görünür ki, artıq çıxış yolu tapılıb – “Quli” uzun illər cəza çəkdiyi ölkəyə göndərilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh