Babəki kim həbs etdi? - TARİXİ FAKTLAR

Maraqlı 2 Dekabr 2018 21:19 Oxunub 2731
Babəki kim həbs etdi? - TARİXİ FAKTLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yuxarıdakı mənbədən də məlum olduğu kimi...

Xürrəmilər hərəkatının lideri Babəkin həbs edilərək Samirə şəhərinə göndərilməsini bilməyən yoxdur. Bir çox tarix kitablarında belə yazılıb. Bəs qədim salnaməçilərdən Təbəri və İbn əl-Əsir bu barədə nə yazıb?

Avtosfer.Az bildirir ki, "ölkə.az"ın bu barədə sualını tarixçi alim Əkbər Nəcəf cavablandırıb. Alim Təbərinin "Tarix ər-Rəsul" və İbn əl-Əsirin "əl-Kamil" əsərlərindəki məlumatı oxucularımızla bölüşüb.

Babəki həbs edən Əbus-Sac daha sonra Azərbaycanda yaranan Sacilər xanədanlığının ilk nümayəndəsi olub.

Afşinin əmrindəki ordular iki illik müharibədən sonra əl-Bəzz şəhərini ələ keçirdiklərində, çıxış yolu qalmayan Babək bir müddətdir məktublaşdığı Bizans imperatorunun himayəsinə sığınmaq məqsədilə əl-Bəzzdə dəhşətli küçə döyüşlərinin davam etdiyi bir vaxtda qarışıqlıqdan istifadə edib qaçmağa nail oldu.

Döyüşlərin son çatıb Babəkin qaçdığını öyrənən Afşin, Əbus-Sac əmrindəki 400-500 nəfərlik dəstəni onun arxasından göndərdi. Əbus-Sac İrminiyyə ərazisində Babəkə çatıb, girdiyi döyüşdə onu tuta bilmədi. Lakin qardaşını, anasını, arvadını və əmirlərindən Muaviyəni əsir alıb Afşinə göndərdi. Bundan sonra Babəkin təqibinə davam edən Əbus-Sac nəhayət 10 şəvval 222-ci ildə (15 sentyabr 837) Babəki həbs etdi və qiymətli əsiri ilə bərabər Bərzənddə ordugahında oturan Afşinin yanına gəldi. 

Yuxarıdakı mənbədən də məlum olduğu kimi, Bəzz sadəcə bir qala yox şəhər olub. Bəzi mənbələrə görə bu şəhərdə Babəkin 4 sarayı olub və hər sarayı 600 döyüşçü mühafizə edib.

Afşin tituldur. Onun dəqiq adı bilinmir çünki əlyazmalarda bir-neçə fərqli yazılışı var. Adətən adını Xıdr bin Kavus yazırlar. Görüntü olaraq islamı qəbul etmədən və edəndən sonra da zərdüştü olub. Fəqət ulu babası Qarabuğra Tanrıçı idi...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh