Növbəti ilin dövlət büdcəsi sosialyönümlüdür - VİDEO

Avtosfer TV 2 Dekabr 2018 22:13 Oxunub 1004
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur

Növbəti ilin dövlət büdcəsi sosialyönümlü olması ilə seçiləcək.

Avtosfer.az-ın məlumatına görə, dövlət büdcəsinin gəlir və xərclərini dəyərləndirən millət vəkili Musa Qasımlı deyir ki, növbəti ilin dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat təşkil edir. Bu rəqəm 2018-ci illə müqayisədə 410 milyon manat çoxdur.

Millət vəkilinin sözlərinə görə, xərclərin bu qədər artırılması heç də təsadüfi deyil.

2019-cu ilin büdcəsinin 33, 4 faizinin sosial xərclərə sərf olunması gələn il də əhalinin sosial rihafının daha da yaxşılaşacağını xəbər verir. Növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur.

Musa Qasımlının sözlərinə görə, dövlət büdcəsinin əhalinin rifah halının yüksəldilməsinə səbəb olacaq səviyyədə proqnozlaşdırılması aparılan uğurlu siyasətin göstəricisidir.

Millət vəkili vurğulayıb ki, 2019-cu ilin dövlət büdcəsi müstəqillik tariximizdə ən böyük büdcədir. Gələn ilin dövlət büdcəsinin gəlir və xərclərinin yüksək olması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı surətdə inkişaf edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh