“Prado” sürür, qayda bilmir və qayda pozur - 99 AG 835 - VİDEO
Avtoreyd 3 Dekabr 2018 15:04 140 dəfə oxunub
“Prado” sürür, qayda bilmir və qayda pozur - 99 AG 835 - VİDEO
Qoşa xəttin tələbini pozaraq tıxacda dayanmış avtomobilləri keçməyə başlayıb

Noyabrın 30-da Səbail rayonu ərazisində bir neçə yol hərəkəti qaydasını pozan sürücü Avtosfer.az-ın kamerasına düşüb.  Belə ki, görüntünü qeyd alan sürücü Bayıl qəsəbəsində Xanlar küçəsi ilə hərəkət edərkən həmin küçəyə birləşən nizamlanmayan yolayrıcında (Neftçi Qurban küçəsi ilə kəsişmədə) sağdan gələn nəqliyyat vasitələrinə yol vermək məqsədi ilə dayanır. Bu zaman arxadan gələn "Toyota Prado" markalı 99-AG-835 qeydiyyat nişanlı avtomobilin sürücüsü səs siqnalı verərək qarşısındakı sürücüyə etiraz edib. Bundan sonra o qəzəblənərək bir az qarşıda - Lermantov küçəsində 1.3 qoşa xəttin tələbini pozaraq tıxacda dayanmış avtomobilləri keçməyə başlayıb.
Həmin görüntüləri sizə təqdim edirik.

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh