Yolumuzu indi də zibilyığanlar və onların qutuları kəsir - FOTO

Xəbərlər 16 Fevral 2015 14:26 Oxunub 1718
Yolumuzu indi də zibilyığanlar və onların qutuları kəsir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Təmiz şəhər» ASC və icra hakimiyyətləri zibil daşıyanları başlı-başına buraxıb 

Bakı şəhərinin bəzi küçələrində son zamanlar geniş yayılmağa başlamış ciddi təhlükələrdən biri də yolun hərəkət hissəsisnə qoyulan zibil qutularıdır. Avtosfer.az-ın məlumatına görə, zibil daşıyanlar öz işlərini asanlaşdırmaq üçün bu qutuları yolun hərəkət hissəsisnə qoyurlar ki, həmin qutuları bir qədər kənardan yolda dayanan zibil maşınınadək gətirmək problemi olmasın. Amma yollarda ən başlıcası təhlükəsizlik qaydalarıdır. Bu qaydalar isə deyir ki, yolun hərəkət hissəsində heç bir maneə ola bilməz. Zibil qutusu hətta səkidən də aralıda olmalıdır.

Əgər kimsə bu öz avtomobili ilə belə qutuya dəyib qəzaya düşsə, görəsən həmin zibil daşıyanlar bu işin altından çıxa bilərlər?. İnanmaq çətindir.

M.Rahim küçəsində çəkilən bu şəkillərdən görünür ki, zibil qutuları yolun hərəkət hissəsinə 3-4 metr daxil olub. Hətta yaxınlıqdakı parkomat da bu zibil yığnağının arasında güclə görünür.

Əlbəttə, bu məsələdə yollarda təhlükəsizliyə cavabdeh olan qurumlar da diqqətli olmalıdır. Bundan əlavə, zibil daşıyanlar dərk etməlidir ki, bu qutuları yolun ortasına atıb getmək olduqca təhlükəlidir. Öz işini asanlaşdırmaq üçün başqalarına problem yaratmaq olmaz. Deyəsən, «Təmiz şəhər» ASC və icra hakimiyyətləri zibil daşıyanları başlı-başına buraxıb. Əks halda, zibil daşıyanların arxasınca düşüb onların qoyub getdiyi «zibili» daşımalı olmazdıq…

P.S. Məsələnin maraqlı tərəfi odur ki, zibildaşıyanlar bəzən Bakı şəhər İcra Hakimiyyətinin aidiyyatı qurumunun tabeliyindəki işçilər olur. Fotolardan görünür ki, zibil qutularının yanında parkomat quraşdırılıb. Belə çıxır ki, ya parkomatı zibilin içinə quraşdırıblar, ya da zibil daşıyanlar parkomatı zibilə salırlar. Hər ikisini də eyni dövlət qurumu edir…

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh