Xanım sürücü qəza törədib hadisə yerindən qaçdı - VİDEO

Xəbərlər 3 Dekabr 2018 22:15 Oxunub 2219
Xanım sürücü qəza törədib hadisə yerindən qaçdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Get kimə istəyirsən şikayət elə"

Sürücü Tural Mirzəzadə Avtosfer.az saytına avtomobilinə quraşdırılmış videoregistratorla çəkilmiş videogörüntünü göndərib. Bildirib ki, dekabrın 3-dı saat 12:26 radələrində Masazır-Novxanı yolunun Əliağa Vahid küçəsində əsas yolla hərəkət edərkən ara məhəllədən çıxan 99 ND 681 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobilin xanım sürücüsü ona yol verməyib və nəticədə qəza baş verib. Bundan sonra xanım sürücü hadisə yerindən yayınıb və sürücüyə "get kimə istəyirsən şikayət elə" deyərək oradan uzaqlaşıb. Sürücü həmin vaxt 102 qaynar xəttinə zəng etsə də düşə bilməyib,lakin elektron qaydada rəsmi şikayət göndərib.
Ümid edirik ki, hadisədə təqsirli xanım sürücü tezliklə müəyyən olar,ona bu hadisəyə görə protokol yazılar ki, zərərçəkmiş tərəf də dəymiş zərəri ala bilsin.


Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh