“Toyota” Tokio 2020 Olimpiya Məşəli Estafetinin təqdimatçı tərəfdaşına çevrilir - FOTOLAR

Avtodünya 3 Dekabr 2018 16:22 Oxunub 1320
“Toyota” Tokio 2020 Olimpiya Məşəli Estafetinin təqdimatçı tərəfdaşına çevrilir - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Toyota hər bir şəxsin imkansız hesab etdiyi maneələrin öhdəsindən gələ bilir”

Noyabrın 30-da Yaponiyanın “Toyota” şirkəti Tokio 2020 Olimpiya Məşəli Estafetinin təqdimatçı tərəfdaşı olmaq üçün Olimpiya və Paraolimpiya Oyunlarının Təşkilat Komitəsi (Tokio 2020 Təşkilat Komitəsi) ilə əməkdaşlıq etdiyini bəyan edib. Avtosfer.az xəbər verir ki, şirkətin məqsədi Tokio 2020 Olimpiya Məşəli Estafetinin tərəfdaşlığı vasitəsilə oyunlara marağı artırmaq, eyni zamanda fəlakətdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən maraqlı tərəflərə öz məmnuniyyətini bildirmək də daxil olmaqla, Yaponiyadakı insanların yaşayışını dəstəkləmək və məşəlçilərin cəlb olunması üçün kampaniya, olimpiya məşəlinin estafeti və əlaqədar tədbirlər kimi fəaliyyətlər vasitəsilə  yerli tərəfdaşlarla  əlaqələri dərinləşdirməkdir. Toyota mobillik naminə rəsmi tərəfdaş kimi Olimpiya Məşəli Estafetində həm də aparıcı maşını təmin edən və yeni, maraqlı mobillik texnologiyalarını nümayiş etdirən nəqliyyat vasitələri ilə iştirak edəcək.

“Toyota”nın cari icraçı vitse-prezidenti Mitsuru Kavai şirkətin əsas nümayəndələrindən biri kimi 1998-ci ildə Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında məşəlçi təyin olunmuşdur. Kavai Olimpiya Məşəli Estafetinin əhəmiyyətinə toxunaraq deyib: “Məşəl Olimpizmin ruhunu təmsil edir. Mən 1998-ci ildə Naqano şəhərində məşəli daşıyarkən məşəlin məsuliyyəti və əzəmətli tarixi  vasitəsilə onun daşıdığı yükü hiss etdiyimi xatırlayıram. Toyota hər bir şəxsin imkansız hesab etdiyi maneələrin öhdəsindən gələ biləcəyi açıq cəmiyyətin yaradılmasına yardım etmək istəyir və mən sizə deyə bilərəm ki, Toyota şirkətinin bütün üzvləri təşkilat komitəsinin məşəl estafeti üzrə “Ümid yolumuzu işıqlandırır” konsepsiyasını dəstəkləmək üçün şirkət kimi öz gücünü birləşdirməyə hazırdır”.

20 il əvvəl, 1998-ci ildə Naqano şəhərində Olimpiya Məşəlinin Estafetini daşımış İcraçı Vitse-Prezident, cənab Kavai

Toyota şirkəti 2018-ci ildə Buenos-Ayros şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında Hilux və Prius avtomobillərini təmin etməklə, oyunları dəstəkləmişdir. Toyotanın nəqliyyat vasitələri eyni zamanda Yaponiyanın keçmişdə ev sahibliyi etdiyi bütün Olimpiya Oyunlarında, yəni 1964-cü ildə Tokio, 1972-ci ildə Sapporo və 1998-ci ildə Naqano şəhərində keçirilmiş oyunlarda istifadə edilib.


Birinci nəsil Prius


Crown Eight 1964-cü ildə Tokio şəhərində Olimpiya Məşəli Estafetində istifadə edilib.

Harrier və  1-ci nəsil Prius 1998-ci ildə - Naqano şəhərində Olimpiya Məşəli Estafetində istifadə edilib.

Toyota şirkəti 2015-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK)  və Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) mobillik naminə rəsmi ümumdünya tərəfdaşına çevrilmiş və indi ən son mobillik xidmətlərini, təcrübə və texnologiyaları təmin etməklə, 2020-ci ildə Tokioda keçiriləcək oyunların rəvan icrasına töhfə verməyi hədəfləyir. Toyota həmçinin idman və  ilkin səviyyəli ictimai fəaliyyətlər vasitəsilə oyunlarla bağlı gözləntilərin formalaşmasına  da yardım edir.

Toyotanın ən yüksək səviyyəli Olimpiya tərəfdaşlığı və ümumdünya Paralimpiya tərəfdaşlığı haqqında

Toyota 2015-ci ildə BOK-un və BPK-nın mobillik naminə rəsmi ümumdünya  tərəfdaşı seçilmişdir. Bu tərəfdaşlıq  2018-ci ildə Koreyanın Pyonq Çanq şəhərində keçirilmiş Qış Olimpiya və Paralimpiya Oyunlarını,   2022-ci ildə Pekində (Çin) keçiriləcək  Qış Olimpiya və Paralimpiya Oyunlarını,  2020-ci ildə Tokioda (Yaponiya) ,2024-cü ildə isə Parisdə  (Fransa ) keçiriləcək  Olimpiya Oyunlarını əhatə edən 2017-2024-cü illər üzrə nəzərdə tutulmuşdur. Bir tərəfdaş kimi Toyota şirkətinin məqsədi idman növləri vasitəsilə ayrıseçkiliyin olmadığı sülhsevər cəmiyyətin yaradılmasını və mobillik vasitəsilə dayanıqlı cəmiyyətin yaradılması üzrə öhdəliklərin yerinə yetirilməsini təşviq etməkdir. Toyotanın davamlı inkişaf və insanlara hörmət ilə bağlı dəyərlərini Olimpiya və Paralimpiya Oyunları da dəstəkləyir. Bu da insan potensialının ən yüksək səviyyədə tətbiq edilməsini qeyd etmək üçün bütün dünyanı dostluq və həmrəylik mühitində birləşdirir. Toyota mobillik xidmətinin  avtomobil sənayesinin  əhatə dairəsindən kənara çıxdığını düşünür; bu, çətinliklərin öhdəsindən gəlməyi və  şirkətin “İmkansız hesab etdiyin fəaliyyətlərdən başla” adlı korporativ təşəbbüsündə nəzərdə tutulmuş arzuları reallaşdırmağı hədəfləyir. Bu, həm də avtomobil şirkətindən mobillik şirkətinə transformasiya üçün zəmin rolunu oynayır. Sizin  fəaliyyət azadlığınız olduqda, istənilən bir işin öhdəsindən gələ bilərsiniz.

Yaponiyada keçirilmiş keçmiş Olimpiya Oyunlarında istifadə edilmiş Toyota şirkətinə  məxsus nəqliyyat vasitələri

 

Məşəl estafeti

Keçmiş Olimpiya Oyunları

Tokio 1964

7 nəqliyyat vasitəsi

(Crown Eight, Crown, Corona)

95 nəqliyyat vasitəsi (Corona, Master Line, Crown, Dyna, Light Van və s.)

Sapporo 1972

3 nəqliyyat vasitəsi (Land Cruiser)

51 nəqliyyat vasitəsi (Coaster, Crown və s.)

Naqano 1998

36 nəqliyyat vasitəsi

(Prius, Harrier)

1,520 nəqliyyat vasitəsi (Crown Majesta, Caldina, Ipsum, Corolla Van, Raum, RAV4, High Ace, Town Ace, Light Ace, Coaster HV, RAV4 EV və s.)

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh