Elektrikli avtomobillərin istehsalı təhlükə altında - Kobalt çatışmazlığı var
Avtoxəbər 4 Dekabr 2018 11:45 158 dəfə oxunub
Elektrikli avtomobillərin istehsalı təhlükə altında - Kobalt çatışmazlığı var
Sürətli artım kobaltın çatışmazlığı və elektrik maşınların qiymətinin artması ilə nəticələnə bilər

Elektrikli avtomobil bazarının inkişafı kobalt çatışmazlığına səbəb olacaq. Bu barədə Avropa Ortaq Araşdırmalar Mərkəzi tərəfindən yayılan məlumatda qeyd edilir. Avtosfer.az xarici mətbuata istinadən bildirir ki, dünyada keçən il 3 milyona çatan elektrik maşınlarının sayı 2030-cu ilə qədər 130 milyon olacaq. Yaxın gələcəkdə belə sürətlə artım kobaltın çatışmazlığı və kobaltın, eləcə də elektrik maşınların qiymətinin artması ilə nəticələnə bilər. Bildiyiniz kimi kobalt avtomobillər üçün gərəkli olan litium-ion batareyalarının əsas komponentidir. 
Vəziyyəti çətinləşdirən digər bir səbəb isə koblatın böyük əksəriyyətinin Konqo Demokratik  Respublikasında istehsal olunmasıdır. Bloombergin yaydığı məlumata görə, elektrik avtomobil bazarının gələcəyi ölkənin səlahiyyətli orqanlarının qərarlarından asılıdır. Bu yaxınlarda hökumət tərəfindən metal hasilatına vergi qoyduğu üçün onun qiyməti ikiqat artdı. 
Mümkün kobalt çatışmazlığı həm də  2030-2040-cı ilə  kimi bütünlüklə benzin və dizellə işləyən avtomobillərdən imtina etməyi planlaşdırılan bir çox Avropa ölkəsinin  bu planlarını təhdid altında qoyur.  Bu Avropa ölkələri sırasında İspaniya, İngiltərə, Fransa, Almaniya, Norveç də var. 
İndi yaşana biləcək bu problemi önləmək üçün avtomobil istehsalçıları tərəfindən kobalt istifadə etmədən lityum-ion batareyaları yaratmağın yolu axtarılır. Risk altında qalmamaq üçün şirkətlər kobaltın alternativini tapmağı düşünürlər. Avropa Ortaq Araşdırmalar Mərkəzinin elm adamları kobaltın kəskin çatışmazlığının 2025-ci ildən başlaya biləcəyini təxmin edirlər. Kimsə elektrik maşınlar üçün kobalt tərkibli olmayan batareyalar düşünsə belə, onun tətbiqi üçün illər lazım olacaq. Belə halda isə elektrik maşınların istehsalı və istifadə prosesi yavaşlaya bilər.


Fidan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh