Bərdədə yeni "evakuator" peyda olub - DİN-dən açıqlama - VİDEO
Bəzi sosial şəbəkələrdə “Bərdədə yeni evakuator peyda olub” başlığı altında videogörüntü yayımlanıb. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, faktla bağlı Bərdə RPŞ-dən bildirilib ki, həmin görüntülər 2015-ci il mayın 29-da lentə alınıb. Həmin vaxt yükdaşıma qaydalarını pozan “VAZ-21011” markalı avtomobilin sürücüsü barəsində protokollar yazılıb, inzibati qaydada tədbir görülüb. Bildiririk ki, həmişə olduğu kimi rayon ərazisində yol hərəkəti qaydalarına ciddi nəzarət olunur, pozuntulara yol verən sürücülər barəsində müvafiq tədbirlər görülür.
***
Bərdə rayonu ərazində çəkilmiş video izləyənlərin heyrətinə səbəb olub. Belə ki, marka və modeli bəlli olmayan bir "avtomobil" banına ikinci bir nömrəsi, markası, modeli bəlli olmayan bir maşını yükləyərək aparır. Bu yükdaşıma qaydalarının pozulması ilə yanaşı həm də təhlükə mənbəyidir. Belə ki, cüzi bir qəza baş verdiyi halda ağır nəticələrə səbəb ola bilər.
Avtosfer.az sözügedən videonu təqdim edir:
Fərid