İlk dəfə “3D” printerdə körpü çap edilib

Texnologiya 4 Dekabr 2018 22:55 Oxunub 1162
İlk dəfə “3D” printerdə körpü çap edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arxitektorlar konstruksiya üzərində 35 gün vaxt sərf ediblər

Şanxayda “3D” printerdə çap edilmiş polimer körpü Taopu rayonunun mərkəzi parkında quraşdırılacaq. Sözügedən körpü “Shanghai Construction Group” tərəfindən yaradılmış unikal texnologiya üzrə hazırlanıb. Arxitektorlar konstruksiya üzərində 35 gün vaxt sərf ediblər.

Avtosfer.az Azərtac-a istinadən bildirir ki, körpü sterol-akrilonitril akrilat maddəsindən hazırlanıb. Adətən bu maddə “3D” çapda prototiplərin yaradılmasında istifadə edilir. Material günəş şüaları, yağış və başqa hava şəraitinin uzunmüddətli təsirinə davamlıdır. Uzunluğu 15,25 metr, eni 2,8 metr və hündürlüyü 1,2 metr olan körpü Çində qəbul edilmiş bütün inşaat normaları və qaydalarına uyğun hazırlanıb. Mühəndislərin sözlərinə görə, bu körpü təxminən 30 il xidmət edəcək. "Körpü hər bir kvadratmetr üçün 250 kiloqram ağırlığa dayanıqlıdır. Beləliklə, körpünün üzərində eyni anda 60 yaşlı insan hərəkət edə bilər", – “Shanghai Construction Group”un baş mühəndisinin müavini Çen Syaomin deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh