Nadir Ferrari superkarı satılır - FOTO

Avtodünya 4 Dekabr 2018 11:06 Oxunub 1604
Nadir Ferrari superkarı satılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Avtomobil texniki cəhətdən dəyişməyib

Dubayda yerləşən Tomini avtosalonunda maraqlı bir Ferrari sportkarı satılır. Bir milyon yarım dollara satılan superkar yeganə nüsxədə hazırlanmış Ferrari 599 GTZ Nibbio Zagato modelidir.

Adından da göründüyü kimi, superkarın kuzovu məşhur Zagato atelyesi tərəfindən hazırlanıb. Yeri gəlmişkən, yeddi nesxədə buraxılan superkarlar arasında yeganə olaraq 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz ediləni məhz satışa çıxarılan avtomobildir.

Ferrari 599 GTZ Nibbio Zagato modeli 2007-ci ildə buraxılmış Ferrari 599 GTB superkarının bazasında inşa edilibdir. Zagato atelyesi isə 2017-ci ildə avtomobil üçün yeni kuzov hazırlayaraq onun tamamilə yeniləyib. Üstəlik, Zagato atelyesi avtomobilin kuzovunu Ferrari avtomobillərində nadir rastlanan ağ və tünd-göy rəngə boyayıb.

 Avtomobil texniki cəhətdən dəyişməyib: onun kapotu altında 620 at qüvvəsi hasil edən 5,0-litrlik V12 mühərriki yerləşir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır.

(Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh