900 illik xəzinə tapıldı - FOTO

Maraqlı 4 Dekabr 2018 22:35 Oxunub 1061
900 illik xəzinə tapıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kiçik bürünc küpün içində 24 qızıl pul və sırğa var

İsrailin şimalında, Aralıq dənizinin sahilindəki qədim Kesariya limanında xəzinə tapılıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, kiçik bürünc küpün içində 24 qızıl pul və sırğa var. Kesariya şəhərini 900 il əvvəl səlibçilər ələ keçirmişdilər. Bürünc küp də təqribən 900 il yaşı olan məhəllədə, quyunun yaxınlığındakı iki daşın arasında tapılıb. Arxeoloji qazma işlərinin rəhbərləri Petr Gendelman və Məhəmməd Hətarın dediklərinə görə, qızıl pullar 11-cə əsrə aiddir. Çox yəqin ki, 1101-ci ildə xaçpərəstlər şəhəri ələ keçirməzdən əvvəl sakinlərdən biri bu küpü gizlədib. Şəhər ələ keçiriləndən sonra kral Bolduinin səlibçi qoşunu Kesariyanın sakinlərinin tam əksəriyyətini qətlə yetirmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh