Yol polisinin əməliyyatı qəzaya səbəb oldu - FOTO

Yol polisi 16 Fevral 2015 12:12 Oxunub 2078
Yol polisinin əməliyyatı qəzaya səbəb oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təqib zamanı yük maşını dərəyə yuvarlanıb

Yol polisin magistral yolda avtomobili təqib etməsi digər yük avtomobilinin qəzaya düşməsinə səbəb olub. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində baş verib. Qaradağ rayon Şanqanr qəsəbə sakni, 29 yaşlı Əziz Elşad oğlu Əsədovun idarə etdiyi “Kamaz” maraklı, 90 GM 759 dövlət nömrə nişanlı yük avtomobillə Astara istiqamətində hərəkətdə olarkən körpüdən aşıb. Belə ki, qarşıda hərəkət edən “Hyundai” markalı, 10 - YP 867 dövlət nömrə nişanlı yol polisi digər avtomobili təqib edirmiş. Lakin yol patrul xidmətinin əməkdaşı idarə etdiyi avtomobili qəfildən “Kamaz”-in qarşısında saxlayıb. Sürücü Əziz Əsədov polis avtomobili ilə toqquşmamaq üçün avtomobili yolun kənarına çəkmək istədikdə mişar daşı ilə dolu avtomobil Körpüdünən dərəyə yuvarlanıb.

Sürücünün qohumu Təbriz Vəliyevin verdiyi məlumata görə, yol polisləri yük maşınının qəza uğramasını görsələr də, maşını saxlamayıblar. Sürücü bir saata yaxın qəzaya uğrayan yük maşınında huşsuz halda qalıb.

Xoşbəxtlikdən sürücü qəzadan xəsarətlə xilas ola bilib.

Hadisənin fotolarını təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh