Qəzadan sonra düynaya gələn uşağa yol polisinin adını qoydular – FOTO

Yol polisi 4 Dekabr 2018 17:36 Oxunub 2374
Qəzadan sonra düynaya gələn uşağa yol polisinin adını qoydular – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mingəçevirdə yol polisləri ana və körpəsinin həyatini xilas etdilər

Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində qəza hadisəsi baş verib.  DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən yolda qəzaya düşüblər. Dərhal   hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının  avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər. Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdiriblər. Özləri də  YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar.   Həkimlərin də müdaxiləsi ilə  ona köməklik göstərilib və oğlan uşağı dünyaya gəlib. Qadının yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər 2  polis əməkdaşının şərəfinə elə Samir adı qoyulacağını  deyiblər.

Hazırda ana və övladının vəziyyəti yaxşıdır.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh