“Force India” bolidlərin çəhrayı rəngini dəyişməyəcək

Yarışma 4 Dekabr 2018 21:08 Oxunub 1320
“Force India” bolidlərin çəhrayı rəngini dəyişməyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2019-cu ildə “Force India”nın pilotları Serxio Peres və Lens Stroll olacaqlar

Rəsmi adını dəyişən Formula 1-in “Force India” komandası 2019-cu il mövsümündə bolidlərin çəhrayı rəngini qoruyub saxlayacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, komandanın rəhbəri Otmar Zafnauer Əbu-Dabi Qran-Prisi günlərində komandanın rəmzi rəngini dəyişməyəcəyinə “99 faiz əmin olduğunu” bəyan edib. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) bu yaxınlarda dərc edilmiş 2019-cu il mövsümü üçün rəsmi müraciət vərəqəsində təsdiq olunub ki, “Force India” gələn çempionatdan etibarən “Racing Point Formula 1” adlandırılacaq. Adının dəyişməsinə baxmayaraq, “Force India” öz avtomobillərinin çəhrayı rəngini qoruyub saxlamaq niyyətindədir. Komandanın 2017-ci ildə Avstriyanın suyun təmizlənməsi və hazırlanması sistemləri ilə məşğul olan “BWT” şirkəti ilə imzaladığı iri sponsor razılaşmasından sonra bolidlər bu rənglə boyanıb. Xatırladaq ki, 2019-cu ildə “Force India”nın pilotları Serxio Peres və Lens Stroll olacaqlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh