Malayziyada internet-polisin yaradılması planlaşdırılır

Texnologiya 5 Dekabr 2018 23:15 Oxunub 1138
Malayziyada internet-polisin yaradılması planlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Ölkənin rəqəmsal iqtisadiyyatının sürətli inkişafı risk və təhlükələri artır”

Malayziya hökuməti virtual məkanda cinayətlərlə mübarizə aparacaq kiberpolis yaratmağı planlaşdırır. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, müvafiq təklif kommunikasiya və media texnologiyası naziri Qobind Sinqh Deo tərəfindən irəli sürülüb. "Ölkənin rəqəmsal iqtisadiyyatının sürətli inkişafı risk və təhlükələri də artır. Məlumatların oğurlanması, sabotaj, şəxsi şəbəkələrə qanunsuz müdaxilə, kibercasusluq kimi təhlükələr təşkilatlara mənfi təsir göstərməklə yanaşı, milli təhlükəsizliyə də təhdid yaradır", - deyə nazir bildirib. Nazirin sözlərinə görə, internet-polislər milli kibertəhlükəsizlik agentliyinin, kommunikasiya və texnologiya məsələləri üzrə komissiyanın, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları hesabına formalaşdırılacaq. Eyni zamanda, hökumət belə cinayətlərə görə cəzaların sərtləşdirilməsi məsələsini də nəzərdən keçirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh