İran ordusu yeni zirehli maşınlarla təchiz edilib

Texnologiya 5 Dekabr 2018 15:43 Oxunub 1542
İran ordusu yeni zirehli maşınlarla təchiz edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ordunun bu tip maşınlarla təchiz olunması onun qüvvəsini artıracaq

İranın milli istehsalı olan "Tufan” adlı zirehli hərbi maşınların təqdimatı keçirilib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, İranın müdafiə naziri general Əmir Hətəminin iştirakı ilə keçirilən mərasimdə maşınların texniki göstəriciləri haqqında məlumat verilib. Nazir qeyd edib ki, İran hərbi sənayesinin mütəxəssisləri tərəfindən hazırlanan bu maşınlar mina partlayışına qarşı dözümlüdür və dağlıq ərazilərdə sərbəst manevr etmək imkanına malikdir. Ordunun bu tip maşınlarla təchiz olunması onun qüvvəsini artıracaq. General diqqətə çatdırıb ki, İranın hərbi potensialının artırılması yalnız müdafiə xarakteri daşıyır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh