Qadın sevgilisinin üzərinə oturaraq onu öldürüb - FOTO
Gündəm 6 Dekabr 2018 23:48 64 dəfə oxunub
Qadın sevgilisinin üzərinə oturaraq onu öldürüb - FOTO
Hazırda Uindiyə 40 ilə qədər iş kəsilə bilər

ABŞ-da qəribə cinayət hadisəsi baş verib. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, 44 yaşlı Uindi Tomas 41 yaşlı sevgilisi Kino Balter üstünə oturaraq öldürüb. Cinayətkar qadını 36 il həbs cəzası gözləyir. Cütlük əvvəlcə mübahisə edib. Mübahisə nəticəsində qadın əvvəlcə Kinonu bıçaqlayıb. Sonra isə stolun ayağını çıxaraq onu vurmağa başlayıb. Əsəbini cilovlaya bilməyən 130 kilo çəkisi olan Uindi çəkisi 54 kiloqram olan Kinonun üstündə oturub və onu öldürüb. Sevgilisi öldükdən sonra qadın polisə zəng edərək təslim olub.

Mübahisə zamanı sərxoş olduğu iddia edilən qadının vəkilləri müdafiədə Uindinin sevgilisinin üstünə yıxıldığını və sərxoş olduğu üçün sızıb qaldığını bildiriblər. Ancaq məhkəmə qadını günahkar bilib. Hazırda Uindiyə 40 ilə qədər iş kəsilə bilər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh