Kim haradan gəldi sürür: Həmin yolda tıxac yaranır - VİDEO
Gündəm 6 Dekabr 2018 10:01 139 dəfə oxunub
Kim haradan gəldi sürür: Həmin yolda tıxac yaranır - VİDEO
Problemin qarşısını almaq üçün mümkün olan tədbirlər hayata keçiriləcək

Paytaxda bir yol var ki,bu yolda sürücülərkim necə gəldi elədə avtomobili idarə edir. Nəticədə də həmin yolda tıxac yaranır. Paytaxtın Nəsimi rayonu 3-cü mikrarayon dairəsi istiqamətindən Dərnəgül yolu istiqamətin getdikdə eləcədə Qələbə dairəsi istiqamətindən bu yola daxil olduqda əksər sürücülər vaxt itikisi ilə qarşılaşırlar. Həm qarşı zolağa çıxırlar, həm də bir-birilərinə yol verməmək səbəbindən uzun tıxaclar yaranır. Bura Paytaxtın Nəsimi rayonu ərazisi 3-cü mikrarayon dairəsi istiqamətindən üzü Dərnəgül yolu istiqamətinə hərəkət etdikdə yol qovşağının altındakı yerdir. Demək olar ki, əksər günllərbu yolda tıxac yaranır. Qələbə dairəsi istiqamətindən Dərnəgül yolu və 3-cü mikrarayon dairəsi istiqamətinə hərəkət edən avtomobillər əks istiqamətdən gələn maşınlarla yol qovşağının altında olan yolda qarşılaşmalı olurlar.Bu zaman isə bəzi sürücülərin yol hərəkəti qayadalarına düzgün əməl etməməsi səbəbindən burada tıxac yaranır. Onlar 3-cü mikrarayon dairəsi istiqamətindən üzü Dərənəgül yolu istiqamətinə hərəkət etdikdə yolda qoşa xəttin çəkilməsini və müvafiq nişanınqoyulmasını məqsədəuyğun hesab edirlər.Çünki belə olduqda,Qələbə dairəsi istiqamətindən hərəkət edən sürücülər onların yoluna da daxil ola bilməyəcəklər. Problemlə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.Qurumdan bildirildi ki,əməkdaşlar sabahdan həmin ərazidə təhlillər aparacaqlar. Problemin qarşısını almaq üçün mümkün olan tədbirlər hayata keçiriləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh