Yolda qalanlara yardıma etdi: Sürücülük hüququndan məhrum edildi
Maraqlı 6 Dekabr 2018 23:15 197 dəfə oxunub
Yolda qalanlara yardıma etdi: Sürücülük hüququndan məhrum edildi
Həmin şəxslərin taksiyə verməyə pulları olmadığı üçün onlara yardım göstərmək istəyib

Sürücü pulsuz insanları maşına mindirdiyi üçün məhkəmə tərəfindən sərt cəzaya məruz qalıb. Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, 52 yaşlı uelsli Kennet Semyuels “Ford Focus” markalı avtomobilinə nəzərdə tutulandan çox sərnişin mindirdiyinə görə cəzalandırılıb. Qeyd olunur ki, dostunu qarşılamaq üçün Kolvin-Bey dəmir yolu vağzalına gedən Kennet geri qayıdanda xeyirxahlığının cəzasını çəkib. Yolda Kennetin avtomobilini saxlayan yol polisləri əvvəllər rast gəlmədikləri mənzərə ilə rastlaşıblar: sürücü maşına 4-ü uşaq olmaqla, 10 sərnişin yerləşdirib. Kennetin sözlərinə görə, həmin şəxslərin taksiyə verməyə pulları olmadığı üçün onlara yardım göstərmək istəyib. Məhkəmə bu yardımın qarşılığında Kenneti ilyarım müddətinə sürücülük hüququndan məhrum edib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh