Avtovağzala yeni mətbuat katibi təyin edildi – FOTO
Gündəm 6 Dekabr 2018 10:15 133 dəfə oxunub
Avtovağzala yeni mətbuat katibi təyin edildi – FOTO
Qurumun mətbuat xidməti rəhbəri vəzifəsini Pərvin Məmmədova icra edəcək

Bakı Beynəlxalq Avtovağzalı Kompleksinə yeni mətbuat katibi təyin edilib. Avtosfer.az xəbər verir ki, bundan sonra qurumun mətbuat xidməti rəhbəri vəzifəsini Pərvin Məmmədova icra edəcək. Qeyd edək ki, P.Məmmədova bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.

Xatırladaq ki, bir müddət öncə avtovağzalın mətbuat xidmətinin rəhbəri Yaşar İsakov vəzifəsindən azad olunaraq Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin rəis müavini təyin olunub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh