Qaydalardan xəbərsiz sürücülərimiz və ya söyüşə öyrəşənlər - VİDEO

Avtoreyd 17 Fevral 2015 00:24 Oxunub 2916
Qaydalardan xəbərsiz sürücülərimiz və ya söyüşə öyrəşənlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Niyə özünü və başqalarını bədbəxt eləmək onlar bu nədər asandır?

Bəlkə də onlar qaydaları bilirlər, amma əməl etmirlər. Çünki onlara belə xoşdur. Onlar özləri də bilirlər ki, belə hərəkətlərə görə başqa sürücülər heç də xoş olmayan sözlər deyirlər. Amma bəzilərinə bu sözlər xoşdur və qəbul edirlər. Sözdən nəticə çıxarmırlarsa, heç olmasa bu videoya baxıb özlərini görsünlər və nə qədər təhlükəli əməllər törətdiyini başa düşsünlər. Haradan və necə gəldi dönənlər bilmirlər ki, bir gün yoluna çıxdıqları maşın onları ortadan vurub ikiqat edəcək.

Hələ avtobusun arxasından qəfil yolu çıxan avtomobilin sürücüsünə baxın. Sanki belə də olmalıdır. Sanki arxadan gələn dayanıb buna yol verməlidir. Ona deyən lazımdır ki, axı sənin avtobusun arxasında nə işin var? Niyə özünü və başqalarını bədbəxt eləmək səninçün bu nədər asandır?

Nədənsə, bu gün bəzi sürücülər qaydaları öyrənmək əvəzinə, söyüşə öyrəşirlər.

Avtosfer.az-a oxucuların göndərdiyi bu video bir çoxlarının özünü görməsinə şərait yaradır. Həmin videonu təqdim edirik:

 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh