Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Gündəm 6 Dekabr 2018 10:31 108 dəfə oxunub
Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
“Sürücülərdən alternativ yollardan istifadə etmələrini xahiş edirik"

Yasamal rayonu, A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Bu barədə Avtosfer.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib. Məlumata görə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, "Asan Xidmət" mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. "Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik", - məlumatda vurğulanıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh