Avtomobildən qanunsuz mobil telefon aşkarlanıb – FOTO + VİDEO
Gündəm 6 Dekabr 2018 12:02 82 dəfə oxunub
Avtomobildən qanunsuz mobil telefon aşkarlanıb – FOTO + VİDEO
Faktla bağla araşdırma aparılır

Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 250D" markalı avtomobil Gürcüstandan qayıdarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində 1 ədəd "Samsung", 56 ədəd "X-inova", 28 ədəd "NYHN", 21 ədəd "Kgtel" və 19 ədəd "Odscn" markalı mobil telefonlar aşkarlanıb. Faktla bağla araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh