İki avtomobil toqquşdu: 6 ölü, 4 yaralı
Qəzalar 6 Dekabr 2018 12:36 78 dəfə oxunub
İki avtomobil toqquşdu: 6 ölü, 4 yaralı
Yaralıların vəziyyətinin ağır olduğu bildirilib

Rusiyanın Krasnodar diyarında baş verən yol qəzası nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı Baş idarəsinin mətbuat xidməti məlumat yayıb. Hadisə Ust-Labinsk-Labinsk avtomobil yolunun 9 km-liyində, Nekrasov stansiyasında baş verib. “VAZ-2114” markalı minik avtomobili təcili tibbi yardım avtomobili ilə toqquşub. “VAZ”da 3 uşaq, 4 yaşlı sərnişin olub. Onlardan ikisi uşaq olmaqla 6 nəfər ölüb, 1 uşaq isə xəsarət alıb. Təcili yardım maşınının sürücüsü və iki tibb işçisi də yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh