Heroin gətirən İran vətəndaşı saxlanılıb - FOTO
Gündəm 6 Dekabr 2018 12:41 80 dəfə oxunub
Heroin gətirən İran vətəndaşı saxlanılıb - FOTO
Faktla bağla araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İrandan ölkəmizə gələn İran vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Komitədən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada rentgenoloji müayinə zamanı onun daxili orqanı - düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Nəticədə vətəndaşın düz bağırsağında 4 ədəd bükümdə, çəkisi 200 qram olan narkotik vasitə - heroin aşkarlanıb. Faktla bağla araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh