Ərlə arvad yolda ölümdən qurtuldular – VİDEO
Gündəm 6 Dekabr 2018 22:48 76 dəfə oxunub
Ərlə arvad yolda ölümdən qurtuldular – VİDEO
Brayant maşını geriyə verir və…

Qorxmamışdım, özümü itirmədim. Onlardan qurtulmağa çalışdım. Əslən ABŞ-ın Yuta ştatındakı Sidar Sitidən olan, hazırda Keniyanın paytaxtı Nayrobidə yaşayan Brayant Svensson belə deyir. O, xanımı Lorenlə birlikdə ölümdən qurtulub. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Brayant və Loren Svenssonlar Keniyanın Maa Maişu bölgəsində yolda olarkən quldurların hücumuna məruz qalıblar. Meşəliyin içi ilə qıvrılan yolun döngələrindən birində Brayant ağ mikroavtobusu və onun ətrafında duran, əllərində maçetelər olan üç nəfəri görür. Mikroavtobus həmin adamların yanından irəli hərəkət edəndə quldurlar Brayantın idarə etdiyi "Toyota Land Cruiser"i görür, maşına tərəf qaçmağa başlayırlar. Brayant maşını geriyə verir və quldurlar avtomobilə çatanda sürətlə yerindən tərpənir. Beləcə, Brayant və xanımı ölümdən qurtulurlar. Maskalı, maçeteli quldurlar arxada qalırlar.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh