Mağazaya kələm almağa getdi, 225 min dollarla qayıtdı
Maraqlı 6 Dekabr 2018 22:41 131 dəfə oxunub
Mağazaya kələm almağa getdi, 225 min dollarla qayıtdı
Qadın udduğu pulla “DisneyWorld” əyləncə parkına getməyi, yerdə qalan məbləği isə qocalığına saxlamağı planlaşdırır

ABŞ-ın Merilend ştatının sakini olan qadın mağazaya kələm almağa yollanıb, evə varlı şəxs kimi qayıdıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Vanessa Uord atası üçün kələm almağa gedib. Elə buradaca ani lotereya bileti alıb. Biletin qoruyucu qatını siləndən sonra isə gözlərinə inanmayıb. Onu lotereya təşkilatçısının ofisinə - “uğur çarxı”nı fırlatmağa dəvət ediblər. Bu isə ən azı 100 min dollar uduş demək idi. “Uğur çarxı”nda maksimal uduş 500 min dollara bərabər idi, lakin göstərici 225 min dollarda dayanıb. Bəxti gətirmiş qadın udduğu pulla “DisneyWorld” əyləncə parkına getməyi, yerdə qalan məbləği isə qocalığına saxlamağı planlaşdırır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh