Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq
Gündəm 6 Dekabr 2018 13:15 70 dəfə oxunub
Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq
Bununla əlaqədar Azərbaycanda zavod yaradılacaq

Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Türkiyə KİV-lərinə müsahibəsində deyib. O bildirib ki, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək yük vaqonlarını birlikdə istehsal edəcək. Bununla əlaqədar Azərbaycanda zavod yaradılacaq. Nazirin sözlərinə görə birgə müəssisənin layihələşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh