Bakıda arvadını bıçaqlayan şəxsə şərti cəza verilib
Gündəm 6 Dekabr 2018 15:28 96 dəfə oxunub
Bakıda arvadını bıçaqlayan şəxsə şərti cəza verilib
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbəribə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Qeyd edək ki, N.Tağıyev Bakıda ailə münaqişəsi zəminində həyat yoldaşı Şahnaz Tağıyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan N.Tağıyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh