1 milyonluq dələduzluq işində adı keçən şəxsin məhkəməsi başlayıb
Gündəm 6 Dekabr 2018 15:35 96 dəfə oxunub
1 milyonluq dələduzluq işində adı keçən şəxsin məhkəməsi başlayıb
Məhkəmənin baxış iclası dekabrın 13-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnik Sahib Şükürovla birgə dələduzluq etməkdə təqsirləndirilən Qədir Sultanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 13-nə təyin edilib. Qeyd edək ki, S.Şükürov, ümumilikdə, 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinib. İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanın isə qızı və nəvəsinin cinayət işinə xitam verdirəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirib. S.Şükürov məhkəmədə ifadə verərkən bildirib ki, pulu Q.Sultanova verib. Adı cinayət işində keçən Q.Sultanov daha sonra həbs edilib. Onun cinayət işi ayrıca icraata ayrılıb. Həmin şəxs də məhkəmə iclasında şahid qismində dindirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şükürov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, zərərçəkmiş X.İsmayılovanın qızı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev 2016-cı ildə həbs edilib. Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında tutulub. Həmin şəxslər qohumları R.Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il, anası H.Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh