Yol polisi sürücünü hansı halda təqib edə bilərmi? – AÇIQLAMA

Yazarlar 6 Dekabr 2018 15:42 Oxunub 2693
Yol polisi sürücünü hansı halda təqib edə bilərmi? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Təhlükəsizlik qaydalarına əməl etməklə təqib edilə bilər"

Bir neçə gün əvvəl Qala-Pirallahı yolunda - “Zirə Bio market”in qarşısında Chevrolet” markalı 90 RR 974 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxıb. Yolayrıcına çırpılan minik avtomobili əks hərəkət zolağına çıxıb və qarşıdan hərəkət edən “KamAZ” markalı, 27 BA 301 nömrəli yük maşının altına girib. Nəticədə minik avtomobilində olan sürücü və 3 sərnişini həlak olması ilə bağlı yeni xəbər yayılıb. Belə ki, ölənlərədən birinin yaxınının kütləvi informasiya vasitələrinə göndərdiyi şikayət videosunda bəhs olunan qəzanın Yol Patrul Xidməti (YPX) əməkdaşlarının sürücünün idarə etdiyi nəqliyyat vasitəsini qovması zamanı yarandığını iddia edib.

Qeyd edək ki, qəza zamanı minik avtomobilini idarə edən 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu ilə yanaşı sərnişinləri: Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində ölüb. Digər sərnişin Qəribov Emin Qəribşah oğlu isə yaralı halda xəstəxanaya çatdırılıb.

İddia olunan bu məsələ yenidən YPX əməkdaşlarının qayda pozan sürücüləri təqib edə billərmi sualını gündəmə gətirdi. Yol hərəkəti qaydaları üzrı ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında qeyd edib ki, "Yol hərəkəti haqqında" Qanunun 85-ci maddəsində polisin qanunu tələbini yerinə yetirməyən sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin təqib edilməsi məsələsi öz əksini tapıb. Sözügedən hadisə ilə bağlı məlumatının olmadığını deyən E.Muradlı bildirdi ki, hər halda belə bir hal varsa, bu araşdırılmalıdır: 

"Detalları öyrənilməlidir ki, orada təqibə zərurət varıdımı? Və ya təqib edən əməkdaş qanunun tələblərini yerinə yetirərək, bu barədə vəzifəli əməkdaşlara radioqəbuledici ilə məlumat veribmi? Onların göstərişi əsasında təqib edibmi? Bax, bunları araşdırmaq lazımdır. Qanunda deyilir ki, YPX əməkdaşı tabesizlik göstərən sürücünün nəqliyyat vasitəsini təqib etmək üçün ilk növbədə təhlükəsizlik qaydalarına əməl etməlidir. Bununla yanaşı yuxarı rəhbər heyətə məlumat verməldir ki, belə bir dövlət qeydiyyat nişanlı avtomobil hansı istiqamətə gedib. Avtomobilin nömrəsini və rəngini bildirəndən sonra raport şəkilində təqdim etməlidir. Digər əməkdaşlara bu barədə radioqəbuledici vasitəsi ilə məlumat verməlidir. Əgər göstəriş olarsa ki, təqib edilsin, bu zaman təhlükəsizlik qaydalarına əməl etməklə təqib edilə bilər".

Ekspertin sözlərinə görə, təqib ona görə lazımdır ki, tabesizlik göstərən sürücünün idarə etdiyi nəqliyyat vasitəsi qaçırılmış, sənədsiz ola bilər: "Yaxud da hər hansı bir cinayətdə şübhəli bilinən şəxslərin idarə etdiyi avtomobil ola bilər. Eyni zamanda sürücü sükan arxasında narkotik vasitələrin, psixotrop maddələrin, spirtli içkilərin təsiri altında ola bilər. Yəni tabesizlik göstərən, yol polisindən qaçan sürücülərin adətən bu tipli problemləri var. Məsələn, maşında pərdə var, fikirləşirlər ki, saxlasam 150 manat cərimə yazacaq və başlayır qaçmağa. Qaçarkən ən yaxşı halda sürücü digər təhlükəli manevrləri edir, polisə yaxalanmamaq üçün sürət həddini aşır, qırmızı işıqdan keçir, başqa maşınları sağdan-soldan ötür keçir və artıq burda avtoxuliqanlığın əlamətləri yaranır". 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh