Daxili İşlər Nazirliyindən daha bir yenilik – Rus və ingilis dillərində xəbərlər yayılır
Yol polisi 6 Dekabr 2018 16:41 125 dəfə oxunub
Daxili İşlər Nazirliyindən daha bir yenilik – Rus və ingilis dillərində xəbərlər yayılır
DİN-in “Feysbuk”, “İnstagram”, “Youtube” və “Tvitter” sosial şəbəkələrindəki rəsmi səhifələri birincilərdəndir

Son illər əksər dövlət qurumlarının sosial şəbəkələrdə səhifələri ərsəyə gəlib və əhali tərəfindən də maraqla qarşılanır. Bu sahədə DİN-in “Feysbuk”, “İnstagram”, “Youtube” və “Tvitter” sosial şəbəkələrindəki rəsmi səhifələri birincilərdəndir. Bu qurumun “İnstaqram” səhifəsində daha bir yenilik diqqətimizi cəlb etdi. DİN-in “İnstagram”dakı “Azerbaycan.din” adlı səhifəsində xəbərlər ana dilimizlə yanaşı, həm də rus və ingilis dillərində yayımlanmağa başlayıb. Bununla əlaqədar müraciətimizə cavab verən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki İlham Babayev Avtosfer.az-a bildirdi ki, həmin səhifələr daxili işlər orqanlarının fəaliyyətinin şəffaflığının təmini, ölkədə insan hüquq və azadlıqlarının təmini ilə əlaqədar ictimaiyyətlə əlaqələrin daha da sıxlaşması, fəaliyyətin şəffaflığının təmini zərurətindən irəli gəlib. Səhifələrimizdə DİN rəhbərliyinin görüşləri, bu qurumda baş verən yeniliklər, veteran hərəkatı, polis əməkdaşlarının əldə etdiyi idman uğurları, insan hüquq və azadlıqlarının qorunması, oxucuların təşəkkür məktubları, xidmətə qəbulla bağlı və digər məzmunlu elanlar, cinayətlərin açılması, polis sisteminin xilasedici mahiyyətinin açıqlanması, bir sözlə, gündəlik fəaliyyətimiz  barədə informasiyalara yer alır. “Azərbaycanda turizmin inkişafını, əcnəbilərin ölkəmizə marağının daha da artmasını nəzərə alaraq onların da ölkəmizdəki  təhlükəsizlik şəraiti, asayişin qorunması barədə ətraflı məlumat ala bilmələri, o cümlədən, DİN-in əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların və qurumların da bu informasiyalarla tanış olmaları üçün “İnstaqram” səhifəsindəki xəbərlərimizi həm də ingilis və rus dillərində paylaşırıq.
Xatırlatmaq istəyirəm ki, DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə bu linklərdən istifadə edərək daxil ola bilərsiniz:
Facebook - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 
keçid linki (https://www.facebook.com/mia.gov.az/) 
İnstagram – azerbaycan.din
keçid linki -  (https://www.instagram.com/azerbaycan.din/)
Youtube - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
keçid linki - (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber)

Twitter - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan)

 

Emin

ŞƏRH YAZ
Ad
E-mail
Şərh