Bakıda qayınatasını öldürən şəxs: “Alimentə görə qətlə yetirdim”
Gündəm 6 Dekabr 2018 21:22 62 dəfə oxunub
Bakıda qayınatasını öldürən şəxs: “Alimentə görə qətlə yetirdim”
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Şabanovun işi üzrə məhkəmə prosesi davam edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin qardaşı Sahib Şabanov bildirib ki, qardaşı ailəsi ilə birgə onlarda yaşayıb: "Samirin arvadı Zülfiyyə 6 aylıq hamilə olanda o, Qazaxıstana işləməyə getmək istədi. Qızın ailəsi buna etiraz etsə də, Samir getdi. Sonra da Zülfiyyə çıxıb atasıgilə getdi və orada yaşamağa başladı. Samir qayıdanda artıq uşaq dünyaya gəlmişdi, o, övladını görmək üçün Hətəmin evinə getsə də, görüşə icazə verməmişdilər. Daha sonra Zülfiyyə Samirdən boşandı və məhkəmə uşağa görə aliment kəsdi. Bir müddət sonra Samirin alimentə görə borcu yığıldı, onlar da ödəmədiyi üçün onu məhkəməyə vermişdilər. Hadisə olan gün də Samir məhkəməyə getmişdi. Gələndən sonra dedi ki, Hətəmlə mübahisə etmişəm. Sonra anam dedi ki, Samir ona Hətəmi öldürdüyünü deyib. Mən inanmadım, çünki əvvəl də bir neçə dəfə belə demişdi. Yatdıq, səhər polislər gəlib bizi aparanda, Hətəmin öldüyünü bildim".

S.Şabanov deyib ki, alimentə görə 6 min manat borcu yaranıb və ödəyə bilməyib: "Məhkəmədə Hətəmlə mübahisə etdim, evə gələndən sonra axşam yenə Hətəmlə görüşüb mübahisə etdik. Hadisə də orda oldu".

İttihama görə, 2018-ci il aprelin 21-də Sabunçu rayonu, Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Məmmədov küt alətlə başından vurularaq qətlə yetirilib. Hadisəni törədən Samir Şabanov saxlanılıb. S.Şabanov H.Məmmədovun qızının həyat yoldaşı olub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh