Bir sıra marşrut xətləri üzrə dəyişikliklər edilib

Gündəm 6 Dekabr 2018 20:10 Oxunub 1522
Bir sıra marşrut xətləri üzrə dəyişikliklər edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyişikliklər 01.01.2019 tarixindən tətbiq ediləcək

İctimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması işləri çərçivəsində bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişikliklər edilib. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 12 və 44 nömrəli müntəzəm marşrut xətləri bir-birini təkrarladığından onların birləşdirilərək bir nömrə (12 nömrə) altında təşkil edilməsinə qərar verilib. 62 və 81 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi “Çinar Trans” MMC-yə həvalə edilib. Qeyd edilən hər iki marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. 64 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. Bu məqsədlə, xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib. 88 nömrəli müntəzəm marşrut xətti üzrə isə sərnişindaşıma xidmətinin təşkili “BakuBus” MMC-yə həvalə edilib. Qeyd edilən dəyişikliklər 01.01.2019 tarixindən tətbiq ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh