Qazaxda piyadanı vuran sürücü saxlanılıb
Gündəm 6 Dekabr 2018 20:14 45 dəfə oxunub
Qazaxda piyadanı vuran sürücü saxlanılıb
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Qazaxda piyadanı vuran sürücü saxlanılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 5-də saat 20 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində yolu keçən Tərtər rayon sakini İsgəndər Əsədli müəyyən edilməmiş avtomobillə vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır. Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü rayon sakini Elsevər Musayev saxlanılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh