Bakıda mərmər sexinə basqın edildi, mühafizəçi döyüldü
Gündəm 6 Dekabr 2018 20:43 56 dəfə oxunub
Bakıda mərmər sexinə basqın edildi, mühafizəçi döyüldü
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb

Bakıda mərmər sexinə basqın edilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. 4 nəfər naməlum şəxs "Qazel" markalı yük avtomobili ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mərmər sexinə qanunsuz daxil olaraq orada mühafizəçi işləyən, 1994-cü il təvəllüdlü Kazımov Kamal Taryel oğluna daş parçası ilə xəsarət yetiriblər. Daha sonra həmin şəxslər sexdən 1000 manat dəyərində mərməri götürüb hadisə yerindən qaçıblar. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni Məmmədov Feyruz Məhəmməd oğlu, Quliyev Məmmədalı Qulu oğlu və Qələndər adlı şəxsin törətdiyi müəyyən edilib. F. Məmmədov tutularaq istintaqa təhvil verilib, difər şəxslərin tutulması istiqamətində axtarışlar davam etdirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh