Xudatda partlayış: yaralananlar var
Gündəm 6 Dekabr 2018 20:58 64 dəfə oxunub
Xudatda partlayış: yaralananlar var
Faktla bağlı araşdırma aparılır

Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərinin birində partlayış baş verib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarət alıb. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh