Yol polisi rəisi satıcı qızı ölümdən qurtardı – Oğlu fəxr etdi - FOTO

Yol polisi 7 Dekabr 2018 01:02 Oxunub 10131
Yol polisi rəisi satıcı qızı ölümdən qurtardı – Oğlu fəxr etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP rəisi ilkin tibbi yardım göstərərək qızın həyatını xilas edib

Cəlilabad rayonunda qeyri-adi hadisə baş verib. Qəflədən halı pisləşən qızı yol polisi rəisi ölümdən qurtarıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Cəlilabad rayon DYP bölməsinin rəisi, polis mayoru Şaiq Ağayev rayondakı mağazaların birində olarkən orada satıcı işləyən qızın epileptic qızolması tutub. Bunu görən DYP rəisi ilkin tibbi yardım göstərərək qızın həyatını xilas edib.
DİN- İnstagram səhisəsində yayılan bu xəbərə xoş sözlərə yazan izləyicilər arasında DYP rəisinin oğlu da var. O atasının şəklinə bu cür şərh yazıb: “Ömür boyu səninlə fəxr etmişəm və edəcəm ki, bu cür insanın oğluyam. Səninlə fəxr edirəm, ata!”.

Cəlilabad şəhər sakini Qaçay Əhmədov şahidi olduğu bir hadisəni, polis əməkdaşının insanlara necə qayğı və həssaslıqla yanaşdığını yazırdı. Məktubda adı çəkilən polis mayoru Şaiq Ağayev xidməti vəzifələrini yerinə yetirərkən qanunvericiliyin tələblərini rəhbər tutan, peşəkarlığı və çalışdığı sahədə nümunəvi fəaliyyəti ilə seçilən əməkdaşlardandır. Söhbət zamanı bildirdi ki, ətrafda baş verən hər bir hadisəyə biganə olmamalıyıq, insanların qayğılarında, düşdükləri çətinlikdə onlara yardımçı olmaq, ətrafdakılara qarşı daim səmimi münasibət göstərmək hər birimizin borcudur. Azərbaycan Polisi adını şərəflə daşımaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh